Beş nəfərin öldüyü Qobustan qəzasından YENİ XƏBƏR - FOTO 

Beş nəfərin öldüyü Qobustan qəzasından YENİ XƏBƏR - FOTO 

Hazırda oxunan: Beş nəfərin öldüyü Qobustan qəzasından YENİ XƏBƏR - FOTO 

138975

Qobustanda baş verən dəhşətli qəzada həyatını itirən Şabran şəhər sakini, 17 yaşlı Səmayə Talıbovanın atası polis əməkdaşı olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki il əvvəl ürəktutmasından dünyasını dəyişən Natiq Talıbov Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində xidmət edib.
 

MÖVZU İLƏ BAĞLI:

17 yaşlı Səmayənin faciəli ölümü: Anasından ÖZƏL AÇIQLAMA


Qeyd etdiyimiz kimi, qəza qurbanıı olan Səmayə Talıbova Şamaxı regional kollecinin maliyyə-kredit fakultəsinin 2-ci kurs tələbəsi olub.

Onun nişanlanacağı 23 yaşlı Əmrah Nuriyev isə Bakıda marketlərin birində işləyirmiş. 
 
Qəzada həyatını itirən Əmrah Nuriyev, bacısı Şəbnəm Nuriyeva, Şəbnəmin həyat yoldaşı Məhərrəm və azyaşlı qızları Məryəm Səmədovlar Şamaxıda, Səmayə Talıbova isə Şabran şəhərində dəfn edilib. 

Beş nəfərin həyatına son qoyan, bir nəfərin ağır  yaralanması ilə nəticələnən dəhşətli qəzanı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsi araşdırır. 

Fakta görə cinayət işi açılıb. 












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO