Cəlilabadda 14 yaşlı yeniyetmə İTKİN DÜŞDÜ - FOTO

Cəlilabadda 14 yaşlı yeniyetmə İTKİN DÜŞDÜ - FOTO

Hazırda oxunan: Cəlilabadda 14 yaşlı yeniyetmə İTKİN DÜŞDÜ - FOTO

138938

Cəlilabad rayonunda 14 yaşlı yeniyetmə itkin düşüb. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən məktəbdən sonra təqribən saat 18 radələrində itkin düşüb. 

Evdən çıxarkən onun əynində ağ köynək və əlində əl çantası olub. DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin azyaşlının 30 may tarixində saat 18 radələrində yaşadığı evdən çıxaraq bir daha qayıtmaması ilə bağlı Cəlilabad RPŞ-yə müraciət daxil olub.

Hazırda P.Quliyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. 




Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO