Neftçalaya çəkilən 2-ci magistral su kəməri istismara verildi - FOTO

Neftçalaya çəkilən 2-ci magistral su kəməri istismara verildi - FOTO

Hazırda oxunan: Neftçalaya çəkilən 2-ci magistral su kəməri istismara verildi - FOTO

138930

Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikilən ikinci magistral su kəmərinin inşası yekunlaşıb. Şirvan-Muğan qrup su kəmərindən qidalanan ikinci kəmər Neftçala şəhəri ilə yanaşı, rayonun kəndlərinin də dayanıqlı su təminatına imkan verəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Bizim.Media-ya bildirilib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” çərçivəsində içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə çəkilən birinci kəmər 2020-ci ildə istismara verilib. 

Bu kəmər Neftçala şəhəri və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin etməyə imkan yaradırdı. İçməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması üçün əlavə su həcmlərinə ehtiyac yaranıb. Bunlar nəzərə alınaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə ikinci magistral su kəməri çəkilib. 

450-560 mm diametrli borularla 38 km uzunluğunda inşa edilmiş ikinci magistral kəmər Salyan şəhərində yeni tikilmiş 7500 kubmetr tutumu olan su anbarından qidalanır. 

Yeni kəmərin birinci Salyan-Neftçala magistral su kəməri ilə əlaqələndirilməsi gələcəkdə baş verə biləcək qəzalar və ya suya tələbatın artdığı yay aylarında yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.

Xatırladaq ki, 2020-ci ildə icra olunan layihə çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib. 
Bu layihələr Neftçala şəhəri və rayonun kəndlərində 80 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO