Akademik Rus Dram Teatrının heyətini Şəkiyə aparan avtobusun qəza törətməsi ilə bağlı açıqlama verilib.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib və və nəticədə 2 yan şüşəsi sınıb.
MÖVZU İLƏ BAĞLI:
Rus Dram Teatrının aktyorları qəzaya düşdü - VİDEO
Qeyd edək ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də hər hanısa bir xəsarət almayıb.
Bizim.Media