Qarabağ və Şərqi Zəngəzurla bağlı VACİB QƏRAR 

Qarabağ və Şərqi Zəngəzurla bağlı VACİB QƏRAR 

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurla bağlı VACİB QƏRAR 

138730

Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclər 2 milyard 260 milyon manat artırılıb.

Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb. 

Bildirilir ki, artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olacaq.

Həmçinin qeyd edilib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat ayırılıb.
Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 70 milyon manat təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO