Qəbələdə 30 ton quru tütün istehsal ediləcək - FOTO

Qəbələdə 30 ton quru tütün istehsal ediləcək - FOTO

Hazırda oxunan: Qəbələdə 30 ton quru tütün istehsal ediləcək - FOTO

138658

Qəbələ rayonu ərazisində əvvəlki illərdə olduğu kimi cari ildə də tütün istehsalı planlaşdırılır.

Qəbələ rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya verilən məlumata əsasən bu il Qəbələ rayonunun təsərrüfatlarında fermerlər tərəfindən 20 hektar sahədə tütün şitilləri əkilib.  

Hazırda sahələrdə şitillərə aqrotezniki qulluq göstərilir, alaq otlarından təmizlənir, gübrə verilir. Qəbələli fermerlər 30 ton quru tütün istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Qeyd edək ki, keyfiyyətli tütün tədarükünün stimullaşdırılması və tütün əkinlərinə marağın artırılması məqsədi ilə “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaşıl tütünün tədarük qiymətlərinin müvafiq olaraq 1-ci sortun 1 kq-nı 0.27 AZN, 2-ci sortun 1 kq-nı 0.18 AZN həddində müəyyən edib.

Yaşıl tütünün alış qiymətlərinin artırılmasına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müsbət rəy bildirilib.




Tural Rasim oğlu, Bizim.Media Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO