Bakıda taksi sürücüsü sərnişini maşından atıb QARƏT ETDİ  

Bakıda taksi sürücüsü sərnişini maşından atıb QARƏT ETDİ  

Hazırda oxunan: Bakıda taksi sürücüsü sərnişini maşından atıb QARƏT ETDİ  

138529

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub. 

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb. 
Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO