Şabranda 65 yaşlı kişi itkin düşdü - FOTO  

Şabranda 65 yaşlı kişi itkin düşdü - FOTO  

Hazırda oxunan: Şabranda 65 yaşlı kişi itkin düşdü - FOTO  

138506

Şabranda 65 yaşlı kişi itkin düşüb. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şabran  rayonunun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov may ayının 25-i saat 04:00 radələrində yaşadığı evdən "Mercedes" markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb. 

Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib. 

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran  Rayon Polis Şöbəsinin (+994)70-233-27-23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO