"Səfər Əbiyev haradadır?..."

Hazırda oxunan: "Səfər Əbiyev haradadır?..."

138501
Mətbuatın informasiya toplamaq işi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. 41 illik qələm sahibi kimi mən bunu başa düşürəm. Ancaq hər sahədə olduğu kimi burada da bir yön, yöntəm olmalıdır. Jurnalist dostlarım məndən inciməsin. Bəzən məlumat almaq peşəkarlıqdan daha çox hansısa məqsədin, sifarişin və ya senssasiya doğuracaq cəhdlərin məhsulu kimi nəzərə çarpır. Bu, da arzuolunan nəticəni vermir. İctimai rəy indi o qədər passiv deyil ki, onu sonadək aldatmaq mümkün ola. 
Nə üçün bu sözlərə gəldim?!

Sabiq müdafiə naziri Səfər Əbiyevlə bağlı bu gün mənə edilən zənglərin sayını, hesabını bir kənara qoyuram. Hamısı da sanki sözləşibmiş kimi eynu sualla Səfər Əbiyevin harada olduğunu, Bakını nə üçün tərk etdiyini dəqiqləşdirməyə çalışırlar. Hətta saytlardan biri məndən Əbiyevlə sonuncu dəfə nə zaman və nə haqqında danışdığımı öyrənməyə cəhd edirdi. Tutaq ki, bir saat öncə onunla söhbət etmişik, bunun mətləbə nə dəxli var? Verilən sualların tonundan hiss olunurdu ki, niyyət başqadır. İndi bunun üzərində çox dayanmaq istəmirəm. 


Adam 19 il ölkənin Müdafiə Nazirliyinə rəhbərlik edib. Gedənin dalınca nə qədər danışmaq, baltalamaq olar? Xalq düşmənidirsə, gəlin birlikdə param-parça edək. Məgər bir yerə istirahətə və ya müalicəyə gedə bilməzmi? Axı bu nə yanaşmadır? Kimin hansı işlə məşğul olduğunu hakimiyyət hamıdan çox yaxşı bilir, Səfər Əbiyevin də o cümlədən. Bu şəxs son 50 ildə barmaqla sayılacaq hərbi kadrlarımızdan biridir ki, Sovet ordusu dönəmində dviziya komandirliyinədək yüksəlmişdi. Təsadüfi, biliksiz və təcrübəsiz adamları belə məsuliyyətli hərbi instansiyaya təyin etməzdilər. Azərbaycan ordusunun formalaşmasında da onun böyük əməyi və zəhməti var. Bəzi qüvvələr var ki, indinin özündə də rəhbərliklə onun arasında nifaq toxumu səpməyə çalışırlar. Bu, düzgün münasibət deyil. 

Eldar Sabiroğlu, 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO