İsmayıllıda ağır qəza: Polis əməkdaşı xəsarət aldı

İsmayıllıda ağır qəza: Polis əməkdaşı xəsarət aldı

Hazırda oxunan: İsmayıllıda ağır qəza: Polis əməkdaşı xəsarət aldı

138436

İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllı-İvanovka yolunda 31-BH-341 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili və 90-HE-183 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili toqquşub. 

Hadisə zamanı avtomobillərin sürücüləri, rayonun Rusan kənd sakini, 1976-cı təvəllüdlü Məmmədov Fəxrəddin Məhyəddin oğlu və Qalıncaq kənd sakini, İsmayıllı rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı, 1995-ci il təvəllüdlü Bəhrəmli Səddam Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO