Bakıda fərdi yaşayış evində yanğın - FOTO

Bakıda fərdi yaşayış evində yanğın - FOTO

Hazırda oxunan: Bakıda fərdi yaşayış evində yanğın - FOTO

138424

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçaxur qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus hər mərtəbəsi 110m² olan altıotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğının genişlənərək qonşu tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə qonşu tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində evin ikinci mərtəbəsinin 3 otağının yanar konstruksiyaları və dam ötüyü 110m² sahədə yanıb.

Evin qalan hissəsi və qonşu tikililər yanğından mühafizə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO