İşçilərlə müqavilə imzalamayan “Astara-nəqliyyat” ASC-nin rəhbəri cərimələndi

İşçilərlə müqavilə imzalamayan “Astara-nəqliyyat” ASC-nin rəhbəri cərimələndi

Hazırda oxunan: İşçilərlə müqavilə imzalamayan “Astara-nəqliyyat” ASC-nin rəhbəri cərimələndi

13835

Astara rayonunda işçilərlə müqavilə imzlamayan qurum rəhbəri cərimələnib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, “Astara-nəqliyyat” ASC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı  Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma zamanı, ASC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Məmmədov Nizami Fərzulla oğlunun bir neçə şəxsi əmək müqaviləsi olmadan işə cəlb etməsi faktları aşkar edilib.

Toplanmış material üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə Astara rayon məhkəməsinə göndərilib.

Rayon məhkəməsinin qərarı ilə “Astara-nəqliyyat” ASC-yə inzibati tənbeh növündə 20 min manat məbləğində cərimə tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO