Qaxda ananın alışdırdığı kibrit onu və azyaşlı qızını yandırdı - FOTO

Qaxda ananın alışdırdığı kibrit onu və azyaşlı qızını yandırdı - FOTO

Hazırda oxunan: Qaxda ananın alışdırdığı kibrit onu və azyaşlı qızını yandırdı - FOTO

138171

Qaxın Marsan kəndində baş verən bədbəxt hadisə nəticəsində iki nəfər ciddi bədən xəsarətləri alıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Marsan kənd sakini 29 yaşlı Nəsimət  Məmmədli yaşadığı evin həyətində alovlandırmaq məqsədi ilə odunun üzərinə benzin töküb.  

Qadın bilmədən ocağın lap yaxınlığında dayanaraq kibriti alışdırıb. Bu zaman benzin alovlanıb və qadını da bürüyüb.  

Güclü alov Nəsimət Məmmədli ilə yanaşı, yaxınlıqda dayanan 6 yaşlı qızı Raziyə Məmmədliyə də təsir göstərib.  

Hər iki şəxs müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Yaxınlarının vasitəsi ilə ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yarım və müdaxilələrdən sonra onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.  
Onların vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO