Şəkidə iki avtomobil TOQQUŞDU: Yaralananlar var – FOTO  

Şəkidə iki avtomobil TOQQUŞDU: Yaralananlar var – FOTO  

Hazırda oxunan: Şəkidə iki avtomobil TOQQUŞDU: Yaralananlar var – FOTO  

138144

Şəkidə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Şəki-Qax yolunda qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün günorta saatlarında Şəki rayon sakini, 55 yaşlı Oqtay Məmmədovun idarə etdiyi “NİVA” markalı avtomobillə digər rayon sakini 28 yaşlı Seymur Salamovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.  

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.  

Qəza zamanı xəsarət alan hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Qəzada, həmçinin sürücü Oqtay Məmmədovun həyat yoldaşı 45 yaşlı Aynur Məmmədova da müxtəlif dərəcəli bədən xəsarətilə xəstəxanaya çatdırılıb.  
Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.  

Faktla bağlı araşdırma başlanılıb. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO