Kürdəmir məktəbində Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib – FOTO  

Kürdəmir məktəbində Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib – FOTO  

Hazırda oxunan: Kürdəmir məktəbində Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib – FOTO  

138135

Kürdəmir Köhnəbazar kənd tam orta məktəbində sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi (XTQ) Xüsusi Təyinatlı Qüvvələrin giziri Nəzər Ağacəlil oğlu Əzizovun adı verilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbirdə Köhnəbazar kənd tam orta məktəbin rəhbərliyi, məktəblilər, şəhidin ailə üzvləri iştirak ediblər.

Sinfin açılış mərasimdə əvvəlcə dövlət himni səslənib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Xüsusi Təyinatlı Qüvvələrin giziri Nəzər Əzizovun necə igid, cəsur, vətənpərvər və eləcədə elə-obaya bağlı oğul olduğunu qeyd ediblər. Məktəblilərin ifasında şeirlər və müxtəlif kompozisiyalar ifa olunub. Şəhidin anası Cəmafət Əzizova dövlətin onların ailəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirib. 

Bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi, eləcədə şəhidlərin yad edilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissinin oyanmasına səbəb olur.

Qeyd edək ki, şəhid Nəzər Ağacəlil oğlu Əzizov 1991-ci ildə Bakı şəhərində anadan olub. Nəzər orta məktəbi bitirdikdən sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. O, 2011 –ci ildə hərbi xidməti başa vurduqdan sonra gizirlik kursuna yazılır.

Nəzər 2012-ci ildə gizirlik kursunu bitirdikdən sonra Ağdam rayonunda 2 ay xidmət edir. Sonra Nəzər Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmətə başlayır.
O, 2016-ci ildə Aprel döyüşlərində də qəhrəmanlıqla iştirak edib. Xidməti dövründə Nəzər bir sıra fəxri fərman və medallarla təltif olunur. Ölkəmizdə 2-ci Qarabağ müharibəsi başlayanda bütün igid, cəsur Azərbaycan oğulları kimi o da cəbhəyə yollanır və düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında əvəzsiz xidmətlər göstərir.

XTQ-nin giziri Nəzər Əzizov 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmənlə qisas əməliyyatını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Onun nəşi Kürdəmirə gətirilib və Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Hazırda Nəzərin iki övladı, bir qızı və bir oğlu vətənə əmanət qalıb. Şəhid Nəzər Əzizov ölümündən sonra ölkə başçısının Sərəncamları ilə “Vətən uğrunda”, ”Xocavəndin, Qubadlının, Suqovuşanın azad olunmasına görə”, ”Şücaətə görə” medalları və eləcə də 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Allah rəhmət eləsin. 












Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO