Üç əsrin yadigarı Xaçmaz məktəbi – FOTO  

Üç əsrin yadigarı Xaçmaz məktəbi – FOTO  

Hazırda oxunan: Üç əsrin yadigarı Xaçmaz məktəbi – FOTO  

138036

Oğuzda Mirzə Fətəli Axundov adına Xaçmaz 1 nömrəli tam orta məktəbin 140 illik yubileyi qeyd olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdən öncə Xaçmaz kənd Şəhidlər Xiyabanı ziyarət olunub. 

Tədbiri giriş nitqi ilə açan məktəbin direktor əvəzi Kəmalə Şıxıyeva gələn qonaqları salamlayaraq 140 ildir ki, fəaliyyət göstərən məktəbin tarixi, qazandığı uğurları, tanınmış ziyalıları və məzun şagirdləri haqqında məlumat verib.
Tədbirdə çıxış edən digər natiqlər bildirib ki, bu təhsil müəssisəsi zəngin ənənələrə malikdir və Oğuz təhsilinin milli-maarifçilik hərəkatının geniş vüsət aldığı dövrdən bu günə qədər tarixi inkişaf yolu keçməsində Xaçmaz məktəbi mühüm rol oynayıb.

Məktəbin şagirdləri əlamətdar gün münasibəti ilə şeirlər səsləndirib, mahnılar və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Sonda uzun illər gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyəti və nümunəvi xidmətlərinə görə bir qrup müəllim Təhsil İdarəsinin Fəxri Fərman və hədiyyələri ilə təltif edilib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO