Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb - RƏSMİ/VİDEO

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb - RƏSMİ/VİDEO

Hazırda oxunan: Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb - RƏSMİ/VİDEO

138032

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb.

Bu barədə Bizim.Media-ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O qeyd edib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilir.

O bildirib ki, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxararaq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir".
 


Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO