Qaxda çayxanada BƏDBƏXT HADİSƏ: 46 yaşlı müəllim öldü 

Qaxda çayxanada BƏDBƏXT HADİSƏ: 46 yaşlı müəllim öldü 

Hazırda oxunan: Qaxda çayxanada BƏDBƏXT HADİSƏ: 46 yaşlı müəllim öldü 

137988

Bu gün axşam saatlarında Qax şəhərindəki çayxanalardan birində bədbəxt hadisə qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax şəhər sakini, şəhərdəki incəsənət məktəbinin müəllimi 46 yaşlı İlham Nəzərov dostları ilə çayxanalardan birinə çay içmək üçün gəlibmiş.  

Çay stolu arxasında İlhamın halı pisləşib, yaxınlıqdakı insanlar onun əl-üzünü yuyub, ilkin yardım göstəriblər.  

Daha sonra hadisə yerinə təcili tibbi yardım xidməti çağrılıb. Həkimlər ona ilkin yardım göstərdikdən sonra xəstəxanaya çatdırmaq istəyib. Lakin İlham Nəzərov yolda keçinib.

Müəllimin ölüm faktı müvafiq orqanlar tərəfindən araşdırılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO