Xətaidə ağacların məhv edilməsi üçün “KREATİV ÜSUL” – FOTOFAKT

Xətaidə ağacların məhv edilməsi üçün “KREATİV ÜSUL” – FOTOFAKT

Hazırda oxunan: Xətaidə ağacların məhv edilməsi üçün “KREATİV ÜSUL” – FOTOFAKT

137888

Paytaxtın Xətai rayonunda ağacların kütləvi məhv edilməsi prosesi davam edir. Demək olar ki, rayon ərazisində hər gün bir ekoterror hadisəsinə şahidlik etmək məcburiyyətində qalırıq.

Yaşıllıqların və ağacların məhv edilməsində işbazlar son vaxtlar “innovativ” üsula əl atırlar. Bu innovasiyanın “özəlliyi” ondan ibarətdir ki, qocaman ağaclar bir gecədə məhv edilmir. Ağaclar “əzablı ölümə” məhkum olunur. 

Belə ki, 30-40 illik ağaclar daş tikilinin altına salınır. Beləcə, ağacların suvarılmasının, aqrotexniki qulluğun göstərilməsinin və ən əsası havalanmasının qarşısı alınır. Nəticədə, qocaman ağaclar işbazlar tərəfindən yeni metodlarla məhv edilir.

Bu metoddan istifadə edən işbazlar bu dəfə Əhmədli massivində Məzahir Rüstəmov küçəsində, 7 saylı poliklinikanın yaxınlığında ticarət şəbəkəsini genişləndirərək ən azı 3 qocaman ağacın “ölüm hökmü”nü veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Barsız qalan AĞACLAR – Mövsümi bitkiləri yağış və küləkdən necə qoruyaq? – VİDEOREPORTAJ


Faktla bağlı aidiyyəti qurumlara müraciət etdik.

Lakin Xətai rayonunda son zamanlar tendensiya halını alan durumla bağlı daha əvvəl də məsələ qaldırmışdıq. Buna rəğmən, hələ də lazımi tədbirlər görülməyib.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO