Kürdəmirdə Türkiyə vətəndaşı qəzaya DÜŞDÜ

Kürdəmirdə Türkiyə vətəndaşı qəzaya DÜŞDÜ

Hazırda oxunan: Kürdəmirdə Türkiyə vətəndaşı qəzaya DÜŞDÜ

137868

Kürdəmirdə Türkiyə vətəndaşı qəzaya düşüb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. 

Belə ki, Türkiyə vətəndaşı 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosiklet ilə hərəkətdə olarkən həmin yolda hərəkət edən “VAZ 21011” markalı maşınla toqquşub.

Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO