Məişət texnikaları və elektronika məhsullarının satışını həyata keçirən Maxi.az mağazası 8 martla bağlı reklam videosu hazırlayıb.
Bizim.Media xəbər verir ki, "Qadın olmaq asan deyil!" adlı video izləyicilərin sərt reaksiyasına səbəb olub və birmənalı qarşılanmayıb.
Reklamda səsləndirilən fikirlər ilk başda cəmiyyətdə qadına münasibətlə bağlı tənqidi baxış təəsüratı bağışlasa da, sonda aydın olub ki, reklamın vermək istədiyi mesaj tamamilə fərqlidir.
Maxi.az-ın fikrincə, qadın bütün ev işlərini görməli, işləməli və bütün əlavə öhdəliklərə də hazır olmalıdır. Bütün bunları da bircə hədiyyə müqabilində etməlidir. Sanki qadın insan deyil, kölədir.
Görünən odur ki, Maxi.az-ın reklamının ideya müəllifi hər kimdirsə, qadınlara qarşı hörmət anlayışından xəbərdar deyil. Əks halda qadının da insan olduğunu, köləliyin 200 ilidir ki, qadağan olduğunu bilməli idi.
Bu cür həssas mövzuda savadsızca hazırlanmış belə videolar cəmiyyətə yanlış mesaj ötürməklə yanaşı qadının cəmiyyətdəki rolunu da görməzdən gəlir.
Maxi.az rəhbərliyinin və o videonun ərsəyə gəlməsində əməyi olanlanların görmək istədikləri qadın obrazı reklamdakı kimi ola bilər, ancaq Azərbaycan qadını istər ailə həyatında, istərsə də iş həyatinda kölə olmayacaq qədər əzmli, bu cür hədiyyəyə möhtac olmayacaq qədər də qürurludur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:42 / 04.03.2021
Maxi.az-dan biabırçı 8 Mart təbriki - Video
Hazırda oxunan: Maxi.az-dan biabırçı 8 Mart təbriki - Video
Hazırda oxunan: Maxi.az-dan biabırçı 8 Mart təbriki - Video
13785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.