1009 şagirdin nəticələrinə dəyişiklik edilib - DİM

1009 şagirdin nəticələrinə dəyişiklik edilib - DİM

Hazırda oxunan: 1009 şagirdin nəticələrinə dəyişiklik edilib - DİM

137783

5 mart 2023-cü il tarixində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına 5144 şagird 18036 tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir. 

Onlardan 1009 şagirdin 1144 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,09%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 1144 düzəliş edilmə halından 195-i şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır. 

Bundan əlavə, Apellyasiya Komissiyasının qərarı ilə riyaziyyat fənni üzrə 81 nömrəli tapşırığın qiymətləndirmə meyarının "E" bəndi "0.33" ballıq qrupdan "0.67" ballıq qrupa keçirilib və yazı işi bu hala uyğun olan şagirdlərin nəticələrində müvafiq dəyişiklik edilib.
Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.

Qeyd edək ki, imtahanda 50 mindən çox şagird iştirak edib və bu şagirdlər ümumilikdə 1 milyon 200 mindən çox yazı işi yerinə yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO