Sürücülər yazılan cərimələrdən niyə narazıdır? – FOTO  

Sürücülər yazılan cərimələrdən niyə narazıdır? – FOTO  

Hazırda oxunan: Sürücülər yazılan cərimələrdən niyə narazıdır? – FOTO  

137755

Qobustanda təmiz hava aylığı çərçivəsində reyd keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbir keçirilib. 

Keçirilən tədbir zamanı ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

Reyd zamanı bəzi sürücülər yazılan cərimələrdən narazılıqlarını bildiriblər və hətta ərazidə çəkiliş aparan əməkdaşlarımıza təzyiq göstərərək çəkilişə mane olmağa çalışıblar. Eyni zamanda, reyd zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən keçirilən tədbir zamanı yol polisi əməkdaşları nəqliyyat vasitələrindən atmosferə ixrac edilən zərərli qazların miqdarını xüsusi cihaz vasitəsilə yoxlayıblar. Standartlara uyğun olmayan avtomobillərin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının vacibliyi onlara izah edilib. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO