Qarabağın yenidən qurulması və bərpası xərcləri 6 milyard manata çatıb

Qarabağın yenidən qurulması və bərpası xərcləri 6 milyard manata çatıb

Hazırda oxunan: Qarabağın yenidən qurulması və bərpası xərcləri 6 milyard manata çatıb

137672

Dövlət investisiyalarının tədricən özəl investisiyalarla əvəzlənməsi, işğaldan azad olunmuş ərazilərin bərpası üçün layihələrin maliyyələşdirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadiyyatın liberallaşdırması, dövlət əmlakının özəlləşdirilməsinin və aktivlərinin satışının sürətləndirilməsi 2022-ci il büdcəsinin xərcləri üzrə əsas hədəflərdəndir.

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ümumilikdə 4311,0 mln. manat vəsait ayrılıb. 2022-ci ildə dövlət əsaslı vəsait qoyuluşu və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri 5945,8 mln. manata bərabər olub, bu məbləğdə əvvəlki ilə nisbətən 26,9% artım müşahidə edilib.

Keçən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihələrinin icrasına dövlət əsaslı vəsait qoyuluşundan yönəldilmiş vəsaitin həcmi 467,1 milyon manat olub.

Hesabat ilinin oktyabr ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə icra edilən layihələrə əlavə olaraq 276,0 mln. manat, dekabr ayında isə 100,0 mln. manat, habelə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə icra edilən layihələrə əlavə olaraq 91,0 mln. manat yönəldilib.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə daxil olan layihələrin icrası xərcləri üzrə ilin sonuna icra edilmiş məbləğ 2665,41 mln. manat təşkil edib ki, bu da təsdiq edilmiş göstəricinin 99,8%-nə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO