TƏBİB-dən Şəkidəki zəhərlənmə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

TƏBİB-dən Şəkidəki zəhərlənmə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Hazırda oxunan: TƏBİB-dən Şəkidəki zəhərlənmə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

137545

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində olan 4 nəfərə zəruri tibbi xidmətlər göstərilir. 

TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb. 
 
*** 16:01

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd edilib ki, 27 (20 qadın, 7 kişi) nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO