Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun məhkəməsi yekunlaşmaq üzrədir.
Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən şəxsin 20 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 5-nə kimi vaxt verilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında cüdo turnirində baş verib. Tərəflərin mübahisəsinə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub.
Ruslan bunu Turala irad tutub və tərəflər mübahisə ediblər. Mübahisə zamanı Sumqayıt şəhər sakini Ruslan Səfixanov Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.
Cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:45 / 23.05.2023
Turanı öldürən cüdoçunun 20 il həbsi tələb olundu - FOTO
Hazırda oxunan: Turanı öldürən cüdoçunun 20 il həbsi tələb olundu - FOTO
Hazırda oxunan: Turanı öldürən cüdoçunun 20 il həbsi tələb olundu - FOTO
137540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.