İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı DİN-in Mətbuat xidməti yayıb.
MÖVZU İLƏ BAĞLI:
Karantini pozan çayxananın müştəriləri polis bölməsinə aparıldı
Mənbə bildirir ki, İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.
İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.
Bizim.Media