II Qarabağ müharibəsində 6 Azərbaycan hərbçisi itkin düşüb

II Qarabağ müharibəsində 6 Azərbaycan hərbçisi itkin düşüb

Hazırda oxunan: II Qarabağ müharibəsində 6 Azərbaycan hərbçisi itkin düşüb

137471

“Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 nəfər yaşlı insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. 2020-ci ilin sentyabrında baş vermiş II Qarabağ müharibəsində isə 6  Azərbaycan hərbçisi itkin düşüb”.

Bizim.Media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda məlumat verib.

Bildirilib ki, münaqişə ilə bağlı BMT-nin qətnamələrinin icra edilməməsi və Azərbaycanın suveren ərazilərinin 30 il ərzində işğalda saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib.

Beynəlxalq humanitar hüquq normalarında hər bir itkin ailəsinin öz yaxını barədə məlumat almaq hüququnun təsbit edilməsinə baxmayaraq, itkin düşmüş Azərbaycan vətəndaşları barədə 30 il ərzində məlumat əldə etmək mümkün olmayıb və nəticədə həmin vətəndaşlarımız iztirab çəkiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO