Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar almışıq. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.
Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, Azəraycanın müxalif çizgili, yaxud da müstəqil sayılan 4 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.
MÖVZU İLƏ BAĞLI:
YAP İcra Katibinə namizəd məlum oldu - FOTO
Onlar aşağıdakılardır:
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
- Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,
- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər
İrəliləyən dəqiqələrdə adları çəkilən partiyaların rəhbərləri ilə müsahibələri təqdim edəcəyik.
Bizim.Media