13 yaşlı qız iki gündür itkin düşüb – Sahə polisi xəbərsizdir - FOTO

13 yaşlı qız iki gündür itkin düşüb – Sahə polisi xəbərsizdir - FOTO

Hazırda oxunan: 13 yaşlı qız iki gündür itkin düşüb – Sahə polisi xəbərsizdir - FOTO

13738

Bakı şəhərində daha bir azyaşlı itkin düşüb. Söhbət Hövsan qəsəbəsində itkin düşən 13 yaşlı Aleksandra Dünyamalızadədən gedir.

Bildirilib ki, qəsəbədə yerlışən 76 nömrəli məktəbin şagirdi 13 yaşlı Aleksandra Dünyamalızadə ötən gün evindən çıxıb və qayıtmayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Küçəyə atılan 5 yaşlı Nərgizin bacısı və qardaşı da sığınacağa yerləşdiriləcək


Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə itkin düşən azyaşlının tapılması ilə bağlı araşdırmaların başlandığını deyib. 

Suraxanı rayonu Polis idarəsinin, sahə rəisi, polis mayoru Bəxtiyar Məmmədov isə itkin düşən qızla bağlı məlumatsız olduğunu bildirib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO