Nazirlik əməkdaşına atəş açan şəxs SAXLANILDI 

Nazirlik əməkdaşına atəş açan şəxs SAXLANILDI 

Hazırda oxunan: Nazirlik əməkdaşına atəş açan şəxs SAXLANILDI 

137355

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına odlu silahdan atəş açan şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib. 

O bildirib ki, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alınması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir. 

Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və izahatı alınıb. 

Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir. 

Qeyd edək ki, ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO