Bakıda iki avtomobil toqquşdu - Xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşdu - Xəsarət alan var - FOTO

Hazırda oxunan: Bakıda iki avtomobil toqquşdu - Xəsarət alan var - FOTO

137195

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, yol qəzası Hüseyin Seyidzadə küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı avtomobilinin sürücüsü idarəetməni itirirərək işıqforun qırmızı işığında dayanan “Chevrolet” markalı maşına çırpılıb.
Qəza nəticəsində “Hyundai”da olan bir nəfər xəsarət alıb. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

“Hyundai”ın sürücüsü izahatında bildirib ki, onun diqqəti mobil telefonda olduğu üçün qarşısındakı nəqliyyat vasitəsini görməyib.

Qəza da buna görə baş verib. Hər iki maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO