Dövlət Gömrük Xidmətinin sədri 700 milyonluq kəsri təkzib etdi -

Dövlət Gömrük Xidmətinin sədri 700 milyonluq kəsri təkzib etdi - "Bu, siyasi oyundur"

Hazırda oxunan: Dövlət Gömrük Xidmətinin sədri 700 milyonluq kəsri təkzib etdi - "Bu, siyasi oyundur"

13719

"Dövlət Gömrük Xidmətində (DGX) 700 milyonluq kəsrin aşkar edilməsi yalandır."

Bizim.Media xəbər verir ki, bunu qurumun sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Xidmətin sədri bu cür yalan məlumatların arxasında xüsusi maraqların dayandığını söyləyib.

 

MÖVZU İLƏ BAĞLI:

İdxalın 59 faizi gömrük rüsumundan azad olunub - Səfər Mehdiyev


“Bizi hər hansısa bir hüquq mühafizə orqanı, hər hansı xidmət gəlib yoxlayıb və 700 milyon kəsr aşkarlayıb. Belə bir məlumatı sadəcə sosial şəbəkələrdən duyduq. Sadəcə üzüldük. Niyə üzüldük? Ona görə ki, DGX-nin fəaliyyətində olan çatışmazlıqları ictimaiyyətə çatdırmağın hər kəsin hüququ var".

"Bu azad mətbuatdır. Amma bu cür yalnış məlumatların yayılması xidmətin fəaliyytinə kölgə salmağa cəhd edən kimlərinsə siyasi oyunu idi. Kimlərsə gündəmdə qalmaq istəyirdi".

"Bizi hər il müvafiq qurumlar, Hesablama Palatası gəlib yoxlayır".

"Biz hər hansı bir fabrik və zavod deyilik ki, nədənsə kəsirimiz olsun. Ümumiyyətlə, Gömrük Xidmətində  son 3 ildə  nəticələri görmürlərsə kordular”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO