DİN-dən Gəncədə kafeyə qumbara atılması ilə bağlı AÇIQLAMA - VİDEO

DİN-dən Gəncədə kafeyə qumbara atılması ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: DİN-dən Gəncədə kafeyə qumbara atılması ilə bağlı AÇIQLAMA - VİDEO

137063

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlama verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə kafedə PARTLAYIŞ: Mübahisə edən şəxs oraya qumbara atıb


Bildirilib ki, dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub:

“Müvafiq araşdırmalar aparılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək”. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO