Müdafiə Nazirliyindən 360 min manatlıq TENDER – FOTO  

Müdafiə Nazirliyindən 360 min manatlıq TENDER – FOTO  

Hazırda oxunan: Müdafiə Nazirliyindən 360 min manatlıq TENDER – FOTO  

136992

Azərbaycan Müdafiə Nazirliyi printer, kağızdoğrayan, proyektor və laminasiya cihazlarının satın alınması üçün martın 17-də elan etdiyi tenderin nəticələrini və qalibini bu gün açıqlayıb. 

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 359 min 894 manat olan tenderin qalibi “Halal-P” MMC (VÖEN - 1700184421) olub.  

Tenderin şərtlərinə görə, şirkət MN-ni 40 ədəd kağızdoğrayan, 160 dəst müxtəlif formatlı printer, 20 dəst proyektor və 5 ədəd laminasiya cihazı ilə təmin edəcək.  

Qeyd edək ki, “HALAL-P” MMC 1996-cı ildən Azərbaycan bazarında etibarən fəaliyyət göstərir və dünyaca məşhur ticarət markalarının Azərbaycanda rəsmi distribyutorudur. Şirkət mətbəə, korporativ, bank, informasiya texnologiyaları sahələrində avadanlıq və həlləri təqdim edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınan şirkət Bakı şəhəri,Süleyman Sani Axundov küçəsi 5f ünvanında fəaliyyət göstərir. Hüquqi rəhbəri isə Cavid Babayevdir.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO