Lənkəranda avtomobillər toqquşdu: Ölən və yaralanan var  

Lənkəranda avtomobillər toqquşdu: Ölən və yaralanan var  

Hazırda oxunan: Lənkəranda avtomobillər toqquşdu: Ölən və yaralanan var  

136950

Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var. 

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə zamanı VAZ-2106 və “Hyundai” markalı avtomobillər toqquşub. 

Qəzadan sonra VAZ-2106 işıq dirəyinə və ağaca çırpılıb. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb. 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılıb istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO