İcra başçısı Sahil Babayevin işdən qovduğu şəxslərə vəzifə verib

İcra başçısı Sahil Babayevin işdən qovduğu şəxslərə vəzifə verib

Hazırda oxunan: İcra başçısı Sahil Babayevin işdən qovduğu şəxslərə vəzifə verib

136932

Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bir neçə ay öncə nöqsanlara görə işdən çıxardığı şəxslərə vəzifə verib.

Bizim.Media arqument.az-a istinadən xəbər verir ki, Sevindik Hətəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin keçmiş sədri Vahid Vahidovu İcra hakimiyyətinə şöbə müdiri təyin edib.  

Vahid Vahidov fəaliyyətində verdiyi ciddi nöqsanlara görə, 2019-cu ildə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən işdən çıxarılmışdı.

Nazirin işdən çıxardığı Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin digər keçmiş əməkdaşları olan Vüqar Abdullayev və Elmir Əliyarov da Sevindik Hətəmov tərəfindən İcra Hakimiyyətində işlə təmin olunublar.  

Vüqar Abdullayev və Elmir Əliyarov Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində Vahid Vahidovun rəhbərliyi altında çalışıblar. Vahid Vahidovun Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qohumu olduğu bildirilir.  
Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovdan məsələyə münasibət öyrənilməyib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO