Oğuzda ustanı “tok” vuraraq öldürüb - FOTO

Oğuzda ustanı “tok” vuraraq öldürüb - FOTO

Hazırda oxunan: Oğuzda ustanı “tok” vuraraq öldürüb - FOTO

136930

Oğuzda fərdi mənzillərdən birində təmir-tikinti işləri aparan ustanı elektrik cərəyanı vuraraq öldürüb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.  

Bildirilib ki, hadisə Oğuz şəhərinin Gənclik yaşayış massivində qeydə alınıb. Fərdi mənzillərdən birində təmir-tikinti işləri aparan rayonun Bayan kənd sakini, 36 yaşlı Şərif Babayev elektrik cərəyanı vurması nəticəsində ölüb.  
Qeyd edilib ki, hadisə yerinə həkim briqadası gəldikdə usta artıq keçinibmiş.  

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.  


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO