Saatlıda 3 ayda 231 uşaq DOĞULUB 

Saatlıda 3 ayda 231 uşaq DOĞULUB 

Hazırda oxunan: Saatlıda 3 ayda 231 uşaq DOĞULUB 

136816

Saatlıda 2023-cü ilin yanvar-mart aylarında 231 körpə doğulub və 128 uşaq ölümü qeydə alınıb. Vəfat edənlərdən 1 yaşa qədər ölən uşaqlar qeydə alınmayıb.

Saatlı rayon Statistika İdarəsindən Bizim.Media-nın Aran bürosuna verilən məlumata görə, Saatlı rayonunun ərazisi 1,18 min kvadrat kilometrdir, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 93,0 nəfər təşkil edir. 

İlkin məlumata əsasən, 2023-cü il aprel ayının 1-i vəziyyətinə rayonun əhalisi 109 min 819 nəfərdir.

Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,1 min nəfəri və ya 18,3 faizi şəhər yerlərində, 89,7 min nəfəri və ya 81,7 faizi isə kənd yaşayış məntəqələrində yaşayır. 

Əhalinin 24,0 faizini 0-14 yaşda, 69,4 faizini 15-64 yaşda, 6,6 faizini isə 65 və yuxarı yaşda olanlar təşkil edir. 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsinə görə, əhalinin 88,9 faizini azərbaycanlılar, 11,1 faizini isə digər millətlər təşkil edir. 

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə əhalinin hər min nəfərinə görə doğulanların sayı 13,9-dan 8,5- ə qədər, ölənlərin sayı isə 6,5-dən 4,7- yə qədər azalıb. 

2023-cü ilin yanvar-mart aylarında rayonda 81 nikah və 29 boşanma qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə nikahların sayı 6,9-dan 3 ə qədər azalıb. Boşanmaların sayı isə 0,9-dan 1,1-ə qədər artıb.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO