Təhsil işçilərinin vaksinasiyası könüllüdür.
Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, peyvənd olunmaq istəməyən müəllimlərə qarşı hər hansı inzibati tədbirin görülməsi nəzərdə tutulmur.
MÖVZU İLƏ BAĞLI:
Təhsil işçilərinin vaksinlənməsinə başlanıldı - RƏSMİ
M.Vəliyeva vurğulayıb ki, hər kəs vaksinasiyanın əhəmiyyətini başa düşməli və dezinformasiyalara fikir verməməlidir.
O, həmçinin əlavə edib ki, məktəblərdə əyani tədrisin dayandırılmaması üçün karantin rejiminin qaydalarına əməl olunmalı və insanlar vaksinasiyadan keçməlidir.
Bizim.Media