Milli ordumuzun kəşfiyyatçısı olmuş Əşrəf Hüseynov bir çoxlarına yaxşı tanışdı. Döyüşüylə düşməni, ölümüylə bizləri sarsıdan qərhərmanın döyüş yolunu araşdırmaq istədik. Elə bir günlük rayon səfərimizdə Əşrəfin ata evində qonaq olduq. Bizi Əşrəfin qardaşı Murad müəllim qarşıladı. Xatırladaq ki, Murad müəllim Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbində bədən tərbiyyəsi müəllimi işləyir. Sakini olduqları küçəyə daxil olduqda bildik ki, bu küçə də Əşrəf Hüseynovun adını daşıyır.
Əşrəf Əli oğlu Hüseynov 1975-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində anadan olmub. 1992-ci ildə Cəlilabad rayon Göytəpə şəhər Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbini bitirib. Elə həmin ildən Qırmızı aypara cəmiyyətini tərkibində tibb texnikumuna daxil olub.
Bu illər ərəfəsində Qarabağ torpaqlarında şiddətli döyüşlər gedirdi. Əşrəf Hüseynovun atası Əli bəy Hüseynov həmin çətin qanlı günlərdə Göytəpə şəhərində könüllü batalyon yaradaraq döyüşlərdə işdirak edirdi. Həmin vaxt Əşrəf Hüseynov atasının döyüşlərdə iştirak etməsini görüb və vətənə qarşı onun içində böyük sevgi yaranıb. Əşrəf Hüseynov tibb texnikumunda oxuyan zaman atasından xahiş edir ki, onu da Göytəpə polkunun könüllü batalyonunun tərkibində təlimlərə aparsın.
Ata, məni də özünlə apar...
Əşrəf Hüsynovun atası Əli bəy o günləri belə xatırlayır: “Oğlumu özümlə təlimlərə aparanda onun necə də sevinərək hərbi geyimi geyinərək, silaha sarıldığı hələ də gözlərimin önündən getmir. Yadımdadır, Göytəpə polkunun əsgərlərinə təlim keçən zaman oğlum da əsgərlər ilə birgə təlim zamanı özünə səngər qazmışdı.
Oğlum Əşrəf mənə dəfələrlə deyirdi ki: “Ata, icazə versəydin mən də könüllü olaraq döyüşə gedərdim”x9d. Doğrusu bu sözə cavab tapa bilmirdim, ancaq onu deyirdim ki, oğlum, hələ sən təhsil alırsan, narahat olma, onsuz da bizim ailədən döyüşdə iştirak edən var. Hal - hazırda sənin atan və bibin oğlanları (Mehdiyev Valeh Ələm oğlu və Axundov Ramiz Səməd oğlu) yaxınlarından xalan oğlu Əliyev Seymur Habil oğlu döyüşlərdə iştirak edirlər. Lazım gəldikdə sən də torpaqlarımızın müdafiəsinə gedəcəksən. İndi isə vacibi sənin üçün tibb sahəsini mükəmməl bilmək lazımdır. Görürsən oğlum, müahribədə tibbə çox ehtiyac var. Sən bunun dərinliklərinə yiyələnməlisən ki, döyüşdə yaralanan əsgərlərimizi xilas edə biləsən”x9d.
Əşrəfin anası Nüşabə xanım boya başa çatdırdığı oğlu Əşrəfi belə xatırladı: “Yadımdadır, Əşrəf atasına dedi ki: - “Ata, bu səfər də məni əsgərlərlə təlimə apararsan? ”x9d. Yoldaşım razılıq verdi ki, apararam. Həmin gecə Əşrəf sevincindən sabaha kimi yatmadı, səhərin açılacağını gözləyirdi ki, nə vaxt əsgər paltarı geyinib əlinə silah alıb əsgərlərlə təlimə gedəcək. Axşamüstü Əşrəf əynində hərbi geyimdə evə gəldi. Üst-başı tozun, torpağın içində itib batmışdı. Dedi ki: - “Ana, bax mənə necə də əsgər paltarı yaraşır, gedirəm doslarıma deyəcəm ki, mən də sabahdan atamgilin batalyonunda döyüşə gedəcəm”x9d. Doğrusu oğlum Əşrəfin belə bir gənc vaxtında vətəninə olan sevgisi, məni bir ana olaraq sevindirsə də, o qədər də qorxudurdu. Çünki müharibə neçə - neçə anaları gözü yaşlı qoyurdu hər zaman qorxurdum ki, Əşrəfi itirə bilərəm...
Oğlumuz əsgər gedir...
Yadımdan heç zaman çıxmaz. 1993-ci ilin oktyabr ayının 4 idi, hava o qədər xoş idi ki, günorta saatlarında həyətimizdə stolda əyləşib övladlarımla çörək yeyirdik. Gördüm ki, oğlum Əşrəf gülə-gülə darvazadan içəri girdi. Gəlib bizimlə süfrə arxasına əyləşib çörək yeməyə başladı. Əşrəfin çörək yeməyi mənim heç xoşuma gəlmədi. Soruşdum oğlum ki, sözlü adama oxşayırsan, nə olub de görüm? O, isə cavabında mənə belə dedi: - “Ana, inciməyin sən Allah, mən məcburam bunu etməyə, bu gün çayxanada yoldaşlarla əyləşmişdik televizorda Qarabağda qızğın döyüşlərin lent yazısını yayımlayırdılar. Xocalıda bizim qız - gəlinlərimizə qarşı edilən amansızlıqları göstərirdilər. Bizə də çox pis təsir etdi. Çayxanada əyləşən yoldaşlarla özümüzə söz verdik ki, biz bu gün Cəlilabad rayon Hərbi Komissarlığına gedib müraciət etdik ki, biz 5 nəfəri könüllü olaraq əsgər aparsınlar. Bax ana çağırış vərəqəsi almışam, sabah biz beş nəfər oktyabrın 5-də əsgər gedəcəyik”x9d. Oğlumun sabah hərbiyə getməsi məni nə qədər sevindirsə də, o qədər də kədərləndirirdi. Bilirdim ki, müharibənin iki başı var Əşrəfimi itirə bilərəm. Həyat yoldaşım evdə yatmışdı, onun çarpayısına yaxınlaşıb yuxudan oyadıb dedim ki, oğlumuz sabah əsgər gedir.
Atası Əşrəfi yanına çağırıb dedi ki: “Oğlum, axı mən sənə dedim bizim ailədən müharibədə döyüşənlərimiz kifayət qədərdi, kiminsə yanında sənin başın aşağı ola bilməz. Məktəb oxuyursan, bitir, ondan sonra vətəninə lazımı dərəcədə xidmət edərsən”x9d. Əşrəf başını aşağı salıb mənə onu dedi: “Ata, qurban olum biz beş nəfər yoldaşlarla söz vermişik ki, bir yerdə xidmət edib torpaqlarımız uğrunda döyüşəcəyik”x9d. Atası onun bu sözündən sonra döyüşə getməyinə icazə verdi. Axşam evdə qonaqlq təşkil edildi. Əşrəfin əsgər getməsini eşidən hər kəs bizə gəldilər. Həmin gecə səhərə kimi yatmadıq, atası Əşrəfə müharibənin nə olması barədə ətraflı danışıb onu təlimatlandırdı. Əşrəf xidmətini 1993-ci ildə Bakı şəhəridə yerləşən N saylı xüsusi təyinatlıların hərbi hissəsində kəşfiyatçı kimi xidmətə başladı. Bakıda 3 ay xidmət etdikdən sonra, birbaşa döyüş bolgələrinin qaynar nöqtələrində Füzuli - Tərtər istiqamətində gedən döyüşlərdə xidmətini davam etdirdi”x9d.
"Telefonçu Məleykə xala xəbər gətirdi..."
Atası Əli bəy Əşrəfin yanına necə getməyindən danışır:
“1994-ci ilin fevral ayları idi. Həmin vaxtlarda mobil telefon olmazdı, ancaq poçtlardan əlaqə qurmaq olurdu. Yaşadığım Cəlilabad rayon Göytəpə poçtunun əməkdaşı Məleykə adlı xanım bizə gələrək dedi ki, indi sizin oğlunuz Əşrəf Füzuli rayonundan rabitə ilə bizim poçtla əlaqə quraraq, mənimlə danışdı. Dedi ki: “Məleykə xala, mən Əlinin oğlu Əşrəfəm, Füzuli rayonundayam, səngərdən rabitə ilə sizinlə əlaqə yaratmışam. Ola bilsin ki, indi əlaqə kəsilər, xahiş edirəm atama deyin ki, narahat olmasın, mən sağ-salamatam. Bizi Füzuli rayonuna gətiriblər”x9d. Səhər açılan kimi öz avtomobilimlə Fizuli rayonuna yollandım, çox çətinliklə də olsa oğlum Əşrəfi tapa bildim. Oğlum Əşrəf burada da tək deyildi. Qapı bir qonşumuz olan Qasımov Kamal Hüseynxan oğlu və Fərəcov Rövşən Səfəralı oğlu ilə döyüşdə bir yerdə işdirak edirdilər. Hər şey yaxşı idi, razılıq edirdilər. Sonra evə qayıtdım. Bundan sonra, tez-tez Əşrəfin yanına gedirdim.
Oğlum görürdü ki, çox narahatam, mənə ürək - dirək verərək deyirdi ki: “Ata, darıxma, mən sənin oğlunam, sənin başını heç vaxt aşağı etmərəm, inşallah qələbə çalıb evə qayıdacağıq. Evdəkilərə də məndən salam de, narahat olamsınlar. Qardaşım Murada de ki, daha indi o evin kişisidi, darıxmasın, inşallah müharibə qutaracaq, mən gələcəm”x9d.
"Əşrəf əsgərliyə gedəndə Salyan rayonunda yaşayan sevdiyi qızla nişanlanmışdı..."
Anası Nüşabə xanım Əşrəfi nişanlamasından danışır:
“Əşrəfin atası tez - tez döyüş bölgəsinə Əşrəfə dəyməyə gedəndə qardaşı Muradı da özüylə aparırdı. O, zamanlar Muradın 13 yaşı vardı. Əşrəf atasından çox utandığı üçün nişanlısına yazdığı məktubu qardaşı Muraddan yollayardı. Amma qismət beləymiş. Qismət olmadı ailə qursun”x9d.(Ağlayır)
Qardaşı Murad deyir ki: Əşrəfi 1994-ci ilin may ayının 13-də Göytəpə şəhər qəbiristanlığında dəfn etdik. Çox dəhşətli bir gün idi. Bütün rayon ayağa qalxmışdı. Adam əlindən yer yox idi. Hamı Əşrəfi dəfn etmək üçün toplaşmışdılar. Bu gün Əşrəfin şəhid olmasından düz 22 il ötür.
Sonda biz də şəhidimizin ailəsinə baş sağlığı verdib, bizə ayırdıqları vaxt üçün təşəkkür etdik.
Vasif Əlihüseyn
































































































