İtkin düşən azyaşlı tapıldı

İtkin düşən azyaşlı tapıldı

Hazırda oxunan: İtkin düşən azyaşlı tapıldı

13665

Balakən rayonunda itkin düşən azyaşlı tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, “102” Zəng Mərkəzi Xidmətinə və Balakən Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini bir qadın 6 yaşlı övladının yaşadığı ünvandan təsadüfən çıxması və axtarışlarının nəticəsiz qaldığını bildirərək tapılması üçün köməklik göstərilməsini xahiş edib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 4 yaşlı qız küçəyə atıldı - FOTO


Polis Şöbəsinin Post Patrul Xidməti və Dövlət Yol Polisi bölməsinin əməkdaşları dərhal azyaşlının tapılması istiqamətində axtarış tədbirlərinə başlayıblar.

Qısa zaman ərzində azyaşlı U.H şəhər ərazisində tapılaraq yaşadığı evində ailəsinə təhvil verilib.

Uşağın valideynləri övladlarının tapılaraq heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO