Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır.
Bizim.Media-nın yerli bürosu Qazax Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir.
Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər. Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək, kəndlərin ərazisində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub.
Layihə üzrə tikinti-quraşdırma işlərinin bu ilin yay aylarında başa çatdırılması nəzərdə tutulub. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Hazırda “Azərsu” ASC tərəfindən sözügedən kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su anbarlarının inşası, həmçinin su xətlərinin çəkilişi davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 18.05.2023
Qazaxın 3 sərhəd kəndinin içməli su problemi nə vaxt həll olunacaq?
Hazırda oxunan: Qazaxın 3 sərhəd kəndinin içməli su problemi nə vaxt həll olunacaq?
Hazırda oxunan: Qazaxın 3 sərhəd kəndinin içməli su problemi nə vaxt həll olunacaq?
136575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.