Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər - VİDEO

Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər - VİDEO

Hazırda oxunan: Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər - VİDEO

136562

Aradan 1 həftə keçməsinə baxmayaraq, bəzi valideynlər hələ də övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər.

Bizim.Media xəbər verir ki, qarşıdakı aylarda uşaqlarını 1-cı sinifə göndərəcək valideynlər indidən problemlə üzləşiblər.

Valideynlər bildirir ki, yaşadığı yerə yaxın ərazidə övladını məktəbə qoya bilmir.

Məsələyə Elm və Təhsil Nazirliyi də münasibət bildirib.

Nazirlikdən bildirilib ki, bu hal müvəqqətidir və yalnız sıxlıq olan məktəblərdə bu qayda tətbiq olunur. Prioritetlər üzrə qəbuldan sonra digər uşaqlara da şərait yaradılacaq.

Qeyd edək ki, bu problemlə daha çox yaşadığı yerdə qeydiyyatda olmayan, övladları həmin məktəblərdə oxumayan ailələr üzləşiblər.

Bəs bu  problemin yaşanmaması üçün nə edilə bilər?

Ekspert Elşən Qafarov təklif edir ki, elektron sistem daha öncədən və daim  açıq olmalıdır. Onun sözlərinə görə, belə olarsa neqativ halların qarşısını vaxtında almaq mümkün olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO