Şabranda baş verən zəhərlənmə faktı araşdırılır.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimovun Bizim.Media-ya verdiyi məlumata görə, agentliyin mütəxəssisləri ilə müvafiq qurumun əməkdaşları araşdırmalara başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Şabranda kütləvi zəhərlənmə OLUB
Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Şabranda kütləvi zəhərlənmə baş verib. Belə ki, nahar fasiləsində qəbul etdikləri qidadan zəhərlənən 14 nəfər Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda onlara lazımi tibbi yardım edilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.