Bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin maraqlı tərəflərin iştirakı ilə açılış konfransı baş tutub.
Bizim.Media xəbər verir ki, Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə daxil olan orta ixtisas (subbakalavr) və yüksək texniki peşə təhsili üzrə təhsil və təlimin gücləndirilməsi və bu istiqamətdə inkişafa töhfə vermək məqsədilə Azərbaycanda müvafiq qurumlara əsaslı dəstəyin göstərilməsi layihənin başlıca məqsədidir.
Qeyd edək ki, Aİ tərəfindən maliyyələşdirilən bu genişmiqyaslı layihəyə 24 fevral 2023-cü ildən etibarən start verilib.
Daha ətraflı hazırladığımız videoreportajda:
Bizim.Media