Təsərrüfatında tapdığı yumurtadan biznes quran Qəbələ sakini kimdir? – FOTO

Təsərrüfatında tapdığı yumurtadan biznes quran Qəbələ sakini kimdir? – FOTO

Hazırda oxunan: Təsərrüfatında tapdığı yumurtadan biznes quran Qəbələ sakini kimdir? – FOTO

136283

Bir neçə il əvvəl Qəbələ sakini təsərrüfatında çalşarkən qarşısına qırqovul yumurtası çıxır. O həmin yumurtaları bəsləyərək ondan cücə alır. Bu təsadüf indi onun ailəsinin əsas gəlir mənbəyinə çevrilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Böyük Pirəlli kənd sakini Şahin Maksudovun çöl quşlarına həmişə böyük marağı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qarğalar niyə çoxalıb? – “Yaxın 10 ilə paytaxtın quş faunası dəyişəcək”


Məhz bu maraq sayəsində təsadüfən qarşısına çıxan yumurtalardan çıxan cücələri saxlayaraq böyüdüb və qırqovul olduğunu görüb. O, ilk vaxtlar gəlir gətirəcəyini düşünmədən sadəcə bəzək xatirinə saxladığı quşlara təlabat olduğu üçün təsərrüfatı genişləndirməyə qərar verib. 

Şahin kişinin sözlərinə görə indiyədək bir çox kənd təsərrüfatı sahələri ilə məşğul olsa da qırqovul təsərrüfatı qədər heç biri gəlir gətirməyib. Yerli növ qırqovul olduğundan bu quşlar soyuğa və xəstəliyə davamlıdırlar, ətinin dadından isə danışmağa dəyməz, çünki dillər əzbəridir. 
Quş həvəskarları qırqovulu bəzək quşu kimi də alaraq saxlayırlar. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanırlar. 

Şahin Maksudov gələcəkdə təsərrüfatı daha da böyütmək, iri ferma yaratmaq, qırqovullarının sayının 1000 başa çatdırmağı planlaşdırır.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO