"WhatsApp"dan məxfiliklə bağlı YENİLİK

Hazırda oxunan: "WhatsApp"dan məxfiliklə bağlı YENİLİK

136263

“WhatsApp" messenceri istifadəçilərin mesajlarının məxfilik səviyyəsini artıracaq yeni funksiya yardıb. 

Bizim.Media xəbər verir ki, bu barədə xidmətin rəsmi hesabında məlumat verilib. 
"Meta" tərəfindən elan edilən yeniləmə "Chat Lock" xüsusiyyətini əhatə edir. Müvafiq olaraq, istifadəçilər müəyyən söhbətləri şifrə və ya biometrik autentifikasiya ilə bağlaya biləcəklər.

Yeni funksiya hətta proqram açıq olduqda belə söhbətləri qorumaq məqsədi daşıyır. 

"Meta"-nın təsvirinə görə, "Chat Lock" aktivləşdirilərsə, söhbətlər şifrə və ya biometrik qorunan qovluqda saxlanılacaq. Bu söhbətlərdən gələn bildirişlər göndərənin adını və ya mesaj məzmununu göstərməyəcək. 
"WhatsApp" yeni yeniləmə paketi ilə istifadəçilərə şəxsi məlumatlarını qorumaq imkanı verəcək. 

Qeyd edək ki, yeni funksiya ilkin olaraq "Android" və "iOS" üçün əlçatandır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO