Paytaxtda itkin düşən 42 yaşlı qadın AXTARILIR 

Paytaxtda itkin düşən 42 yaşlı qadın AXTARILIR 

Hazırda oxunan: Paytaxtda itkin düşən 42 yaşlı qadın AXTARILIR 

136234

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva cari ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.  

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Onun əlamətləri belədir: Boyu təxminən 156 sm., arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. 

Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. 

Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin

(012) 454-22-22  şəhər  və  

(050) 221-16-56 ; (055) 252-22-22  mobil

nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO