Goranboydakı dəhşətli qəza ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

Goranboydakı dəhşətli qəza ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

Hazırda oxunan: Goranboydakı dəhşətli qəza ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

136229

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Goranboy rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb. 

İdarədən Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib. 

Hazırda faktla bağlı araşdırma aparılır. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO